AZ EN RU

Xidmətdə mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində Xidmətin strukturunda olan Şəbəkələrin baş mühasiblərinin iştirakı ilə iclas keçirilib. 

İclası giriş sözü ilə Xidmətin rəis müavini Tural Murtuzəliyev açaraq bildirib ki, 
xidmət mühasibat uçotu sahəsində qarşıya yeni vəzifələr qoyub. 

Bu baxımdan xidmət daxilində ən müasir mühasibatlıq proqramlarından istifadə olunacaq. Bu proqramların köməyilə xidmətdən maliyyə vəsaitlərinin köçürülməsi, xərclənməsi, düzgün şəkildə istifadə olunması və büdcəyə qənaət edilməsi prosesi asanlaşacaq.

Sonra baş mühasiblərin məruzələri dinlənilib, mövcud problemlər müzakirə olunub, aradan qaldırılması üçün tapşırıqlar verilib. 

Sonda təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərlə bağlı məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yarana biləcək problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 17.07.2024 10:51