AZ EN RU

Xidmət rəisi və icra başçısı Şahbuzda vətəndaşların müraciətini dinləyib

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı rayon sakinlərinin müraciətini dinləyib.

Xidmətdən verilən məlumata görə, müvafiq məsələlərlə bağlı ümumilikdə 73 vətəndaş qəbul edilib. 10 vətəndaşın müraciəti yerində həllini tapıb, 36 vətəndaşa qanunvericiliklə nəzərdə tutulan tələblər izah olunub və aid qurumlara müraciət etmələri tövsiyə edilib.

Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı 12 sakinə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 15 sakinin isə müraciəti üzrə əmlaka yerində baxış keçirilərək araşdırılması və həlli istiqamətində tədbirlər görülməsi aid şöbələrə tapşırılıb.

Nəşr edilib : 24.02.2023 10:23