AZ EN RU

Xələc kəndi yaxınlığında arxeoloji ekspedisiyaya baxış keçiriləcək

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə Şərur rayonu Xələc kəndi yaxınlığında, Xələc yaşayış yerində arxeoloji ekspedisiya fəaliyyət göstərir.
“Şərq qapısı” xəbər verir ki,  iyulun 10-da  AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarından ibarət  komissiya Xələc yaşayış yerinə baxış keçirəcək, həmin arxeoloji ekspedisiyanın fəaliyyəti ilə tanış olacaqlar.
Qeyd edək ki, qazıntıların məqsədi qədim arxeoloji mədəniyyətlər arasındakı keçidi izləmək, Naxçıvan ərazisində formalaşan qədim arxeoloji mədəniyyətlərin Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri ilə qarşılıqlı təsirini üzə çıxarmaqdan ibarətdir. Qazıntılar iyul ayının 28-dək davam edəcək. 

Bülbül Quliyeva

Nəşr edilib : 09.07.2024 11:21