AZ EN RU

Xəbərdarlıq: Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq, dolu düşəcək

Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntıların bəzi yerlərdə - Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Nəşr edilib : 05.08.2024 17:23