AZ EN RU

Xankəndidə 15 daimi seçki məntəqəsi fəaliyyət göstərir

122 saylı Xankəndi Seçki Dairəsinin hüdudları çərçivəsində 15 daimi seçki məntəqəsi fəaliyyət göstərir.

Bu məntəqələrin ikisi – 14 və 15 saylı seçki məntəqələri işğaldan azad edilmiş Xankəndi şəhərində yerləşir. 

"Şərq qapısı" xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Ağalar Əliyev deyib.

O bildirib ki, 14 saylı Seçki Məntəqəsi Xankəndi şəhərini əhatə edir, 15 saylı Seçki Məntəqəsi isə Kərkicahan qəsəbəsinin inzibati ərazisində yaradılıb: “Xankəndi ərazisindəki hərbi kontingentin səs verməsi ilə bağlı qarşıdakı dövrdə tələb yaranacağı halda müvəqqəti seçki məntəqələri də formalaşdırıla bilər. İstər DSK, istərsə də MSK üzvləri keçirilən treninqlərdə fəal şəkildə iştirak edirlər”, - deyən A.Əliyev ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanda keçirilən ilk parlament seçkilərinin yüksək əhval-ruhiyyə yaratdığını da vurğulayıb.

Nəşr edilib : 11.08.2024 14:14