AZ EN RU

Xalq artisinin 65 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Şirzad Abutalıbovun doğum günüdür. Onu da vurğulamaq lazımdır ki, 65 yaşlı Xalq artistinin yaddaqalan obrazlarla tamaşaçıların sevimlisinə çevrilib. Belə ki, Şirzad Abutalıbov Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Şeyx Nəim, “Topal Teymur”da Təlxək, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediya tamaşasında Hambal, “Arşın mal alan”da Vəli, Cəfər Cabbarlının “Aydın” pyesində Ləzgi Qurban, Mir Cəlalın “Dirilən adam” əsərində Bekar Ağabala kimi bir çox rollarda sənət yolu ilə ömür yolunu kəsişdirib.

Qeyd edək ki, Xalq artisti həm də rejissordur. Hətta gənclik illərində tanınmış rəssam Yuran Məmmədovdan rəssamlıq sənətinin sirlərini də öyrənib.

Biz də Şirzad Abutalıbova yaradıcılıq və ömür yollarında uğurlar arzulayır, doğum gününü təbrik edirik!

Aidə İBRAHİMOVA

 

Nəşr edilib : 08.07.2024 13:44