AZ EN RU

Vüqar Əliyev: "Gün ərzində 2500-3000-ə yaxın vətəndaşa, 500-ə yaxın yük, 400-ə yaxın minik nəqliyyat vasitələrinə xidmət göstərilir"

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev jurnalistlərə müsahibəsində deyib: İlk növbədə sizi Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postundan salamlayıram.   Dövlət başçısının Sərəncamı ilə 2022-ci ildə Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. İdarə yaradıldıqdan sonra yeni struktur təsdiq olunub. Biz hazırda Sədərək gömrük postundayıq. Hazırda gördüyünüz ərazidə Azərbaycanla- Türkiyə arasındakı "Ümid" körpüsü 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev və Süleyman Dəmirəlin iştirakı ilə açılıb. Artı 32-ci ildir ki, həmin bu gömrük postu fəaliyyət göstərir. Hazırda burada 24 saat ərzində xidmət təşkil olunub. Yük və nəqliyyat vasitələrinin qeydiyyata alınmasında, sərnişinlərin gediş- gəlişinin təminində aktiv şəkildə fəaliyyət göstərilir. Belə ki, gün ərzində 2500-3000-ə yaxın vətəndaşa,  500-ə yaxın yük, 400-ə yaxın minik nəqliyyat vasitələrinə xidmət göstərilir. Təbii ki, bu dinamika dəyişkəndir. Postun girəcəyində 7,3 hektar ərazidə Tır parkı vardır. Həmin o nəqliyyat vasitələrinin axınının düzgün şəkildə tənzimlənməsində, səmərəli fəaliyyətin təşkilində bu parkın rolu böyükdür. Sədərək gömrük postunda heç bir rəsmləşdirilmə aparılmır. Rəsmləşdirmə Naxçıvan şəhərində yerləşən Gömrük Rəsmləşdirmə Mərkəzində aparılır. Onu da qeyd edim ki, ötən il statistikaya nəzər salsaq tranzit nəqliyyat vasitələrin çoxluğu nəzərə çarpır. Ölkədə pandemiya şəraitinə uyğun olaraq 2020-ci ildən ölkənin bütün sərhədləri bağlanıb. Ancaq yeganə Sədərək gömrük postu fəaliyyət göstərir ki, muxtar respublika qeydiyyatında olan vətəndaşlar üçün giriş-çıxış açıqdır.

Nəşr edilib : 06.07.2024 11:24