AZ EN RU

Viktor Orban: Moskvaya sülh missiyasını davam etdirmək üçün səfər etmişəm

Macarıstanın Baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün Moskvaya səfər etdiyini bildirib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, baş nazirin korteji Moskva küçələrində görünüb.

Məlumata görə, Rusiyanın dövlət başçısı Vladimir Putin və Viktor Orban arasında danışıqlar baş tutacaq, onlar Ukrayna məsələsini müzakirə edəcəklər.

Nəşr edilib : 05.07.2024 14:32