AZ EN RU

Uzunoba su anbarında batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba su anbarında (çimərlik ərazisi) batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, batan şəxs nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinın dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Nəşr edilib : 07.08.2024 19:34