AZ EN RU

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbulun müsahibə mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üçün müsabiqənin müsahibə mərhələsi keçirilib
Ölkədə ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilmiş müsabiqənin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üçün müsahibə mərhələsi baş tutub. Müsabiqənin test mərhələsi Dövlət İmtahan Mərkəzi tərərfindən, müsahibə mərhələsi isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi  tərəfindən təyin olunmuş komissiya üzvlərinin iştirakı ilə keçirilib. Müsabiqənin test mərhələsində 64 nəfər namizəd iştirak edib. Onlardan 13 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılıb.
Müsahibə mərhələsində 11 nəfər namizəd iştirak etmiş, 20-30  dəqiqə ərzində namizədlərin pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları,  komissiya tərəfindən verilən əsərin üzdən oxunması və təhlili, müvafiq alətin (sənətin) ifaçılıq məktəbi ənənələri, musiqi nəzəriyyəsi və tarixi üzrə biliklər, yaradıcı xüsusiyyətləri, özünüifadə, ünsiyyət bacarıqları  və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılıb. Komissiya üzvləri müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 2-10  ballıq sistem əsasında qiymətləndirib. Namizədlər meyarlara uyğun olaraq komissiya tərəfindən minimum 30 balla qiymətləndirildikdə  bu mərhələni uğurla keçmiş sayılıb.
Məlumat üçün qeyd edək ki, müsahibənin nəticələri yaxın günlərdə nculture.gov.az saytında yerləşdiriləcək.

Nəşr edilib : 12.08.2024 19:42