AZ EN RU

USAID rəhbəri Ermənistana səfər edəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.

"Şərq qapısı" Ermənistan KİVə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, o, USAID-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.

Səfər zamanı S.Pauer, Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, gənclər və media nümayəndələri ilə görüşəcək.

Nəşr edilib : 08.07.2024 17:26