AZ EN RU

“Ünvanlı dövlət sosial yardımın elektron sistem üzərindən təyinatının tətbiqi ilə bağlı” maarifləndirici görüş keçirilib

17 iyul 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən “Ünvanlı dövlət sosial yardımın elektron sistem üzərindən təyinatının tətbiqi ilə bağlı” maarifləndirici tədbir keçirilib.  Ordubad Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə  İcra Hakimiyyəti və  inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər. 
Görüşdə ünvanlı dövlət sosial yardımın təyin olunması üçün müraciət edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydaları ilə bağlı dinləyicilər maarifləndirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara  mütəxəssislər tərəfindən qanunauyğun izahatlar verilib.

Nəşr edilib : 17.07.2024 19:39