AZ EN RU

Ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib

"Şərq qapısı" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Culfa rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib. Tədbirdə Culfa rayonunun ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin sanitar-gigiyenik vəziyyətinə məsul şəxslər iştirak ediblər.
Seminar Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Təhsil  və  Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

Nəşr edilib : 09.08.2024 16:42