AZ EN RU

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyası keçirilib

Vətəndaşların istirahət üçün üz tutduqları Şahbuz rayonu ərazisində yerləşən Rüstəm meşəsində Naxçıvançay vadisi boyunca Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyası keçirilmişdir.
“Təmiz ölkəm” devizi ilə keçirilən aksiya Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Hidrometeorologiya Mərkəzinin, Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək ictimai birliyinin üzvlərinin, Akademik Həsən Əliyeva adına Zəngəzur Milli Parkının, yerli Kommunal Müəssisələr Kombinatının nümayəndələrinin, ekokönüllülərin və yaşıl dünya könüllülərinin iştirakı ilə keçirilmişdir. 
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar tullantıları yaşıllıq sahəsindən toplayıb, ətrafda səliqə sahman yaradıblar.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyaların məqsədi insanları istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, ictimaiyyətin bu məsələyə diqqətini artırmaq və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanı təmin etməkdir.

Nəşr edilib : 03.08.2024 20:28