AZ EN RU

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Nəşr edilib : 07.08.2024 11:46