AZ EN RU

Ümumi daxili məhsul istehsalı 0,6 faiz artıb

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 818 milyon 604 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "Şərq qapısı"na verilən məlumata görə bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 1 744,7 manat olub.
Həmçinin, 2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 295 milyon 313 min 700 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 2,3 faiz üstələyib. Sənaye məhsulunun 264 milyon 224 min manatı və ya 89,5 faizi malların, 31 milyon 89 min 700 manatı və ya 10,5 faizi isə xidmətlərin payına düşür.

Nəşr edilib : 13.08.2024 12:19