Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə baş çəkib.
Bu barədə Mərkəzin sosial şəbəkə hesabında bildirilib.
“Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi ofisimizdə salamlamaqdan çox məmnun olduq”, – paylaşımda qeyd olunub.
Diplomatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov qarşılayıb.
Xatırladaq ki, mayın 24-də NGBM Baş katib Rövşən Muradovla Böyük Britaniyaın keçmiş baş naziri ilə görüşünə dair məlumat yaymışdı.