AZ EN RU

Ukrayna Rusiya ilə danışıqlarda vasitəçi qismində Aİ, Çin və ABŞ-ni görür

Aİ, Çin və ABŞ Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçi ola bilər, çünki onların güclü iqtisadiyyatları və orduları var.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşanın Baş naziri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.

“Vasitəçi qismində yalnız ciddi və güclü müttəfiqlər çıxış edə bilər. Dünyada belə ölkələr çoxdurmu? Bir az. Hesab edirəm ki, ABŞ, Çin və Avropa İttifaqı bunlara aiddir. Tək bir ölkə deyil, bütün Avropa İttifaqı. Bu, vasitəçilik missiyası ola bilər”, - o bildirib.

V.Zelenski qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya lideri Vladimir Putinlə danışıqlar üçün Moskvaya getməsi onun şəxsi təşəbbüsü olub və Kiyevlə razılaşdırılmayıb.

Nəşr edilib : 08.07.2024 17:41