AZ EN RU

Türkiyənin NATO üzrə müttəfiqlərindən gözləntiləri açıqlanıb

Türkiyənin NATO üzvü olan müttəfiq ölkələrdən gözləntiləri açıqlanıb.

"Şərq qapısı" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, Ankaranın əsas gözləntisi NATO-dakı müttəfiqlərin Türkiyənin terrorla mübarizəsinə dəstək vermələridir: “Regionda terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, sadəcə, heç vaxt gerçəkləşməyəcək bir xəyaldır”.

Nəşr edilib : 11.07.2024 17:18