Türkiyədə baş verən zəlzələnin dağıdıcı təsirinə məruz qalan Kahramanmaraşda 17 yaşlı Aleyna Ölmez adlı qız dağıntılar altından 248 saat sonra sağ çıxarılıb.
Anadolu agentliyinə istinadla xəbər verir ki, möcüzəli qurtarış Dulkadiroğlu rayonunun Kayabaşı məhəlləsində qeydə alınıb. Xilas edilən qız xəstəxanaya yerləşdirilib.
Agentliyin məlumatına görə, əsrin fəlakəti adlandırılan zəlzələnin 6-cı günündən 11-ci gününədək dağıntılar altından azı 66 nəfər sağ çıxarılıb.