AZ EN RU

Türkiyədə yanan meşələri söndürmə cəhdləri davam edir

Türkiyənin Manisanın Salihli rayonu Çelikli rayonu yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Bu barədə TRT Haber məlumat yayıb.
Bölgəyə İzmir Meşə Region Müdirliyindən 5 təyyarə, 10 helikopter, 39 su tankeri, 10 su təchizatı maşını, 5 dozer, 6 yer briqadası və Manisa Böyükşəhər Bələdiyyəsindən yanğınsöndürmə briqadaları sövq edilib.
Gecədən davam edən yanğına hava qaraldıqdan sonra söndürmə işlərinə 2 gecəgörmə helikopteri cəlb edilib.
Külək və relyefin sıldırım olması səbəbindən alov sürətlə yayılıb.
Yanğının söndürülməsi üçün qrupların səyləri davam edir.
Dağlıq ərazidə nəqliyyat vasitələrinin yolları olmadığından qruplar yanğını söndürməkdə çətinlik çəkirlər.

Nəşr edilib : 11.08.2024 10:33