AZ EN RU

Türkiyədə turist gəmisində yanğın baş verib

Türkiyənin Marmaris sahillərində turist gəmisində yanğın olub.

Bu barədə Marmaris administrasiyasının rəhbəri Nurullah Kaya məlumat verib.

Qeyd olunub ki, bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

Hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və 3 ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas edilib.

Nəşr edilib : 14.07.2024 22:59