AZ EN RU

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.

"Şərq qapısı" “NTV Haber”ə istinadən xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, 34 nəfər isə təxliyə edilib.

Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.

Məlumata görə, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb.

Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.

Hazırda təbii fəlakətin təsirlərinin aradan qaldırılması istiqamətində işlər görülür.

Nəşr edilib : 08.07.2024 16:35