AZ EN RU

Türkiyədə meşə yanır, əraziyə 4 helikopter və PUA cəlb olunub

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanır.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Onikişubat rayonunda qeydə alınıb. Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə 4 helikopter, 1 pilotsuz uçuş aparatı (PUA), 13 su çiləyici, 5 su tankeri, 3 ilkin müdaxilə texnikası, 4 iş maşını, 6 yanğınsöndürən maşın və 20-si könüllü olmaqla 130 nəfərlik şəxsi heyət cəlb olunub.

Vətəndaşların əraziyə daxil olmasına icazə verilmir.

Nəşr edilib : 30.07.2024 16:13