AZ EN RU

Türkiyədə iki fabrikdə başlayan yanğının miqyası genişlənib - YENİLƏNİB

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.

Bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.

Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.

Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.

12:06

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.

"Şərq qapısı" “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin başvermə səbəbi məlum deyil.

Nəşr edilib : 23.07.2024 12:38