AZ EN RU

Türkiyədə Ali Hərbi Şuranın iclası keçirilir - YENİLƏNİB

Türkiyədə Ali Hərbi Şuranın iclası başlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, iclas Beştəpədəki Pezident iqamətgahında keçirilir.

09:01

Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.

“Haber Global”a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.

Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.

Nəşr edilib : 01.08.2024 13:42