AZ EN RU

Türkiyədə 5,2 maqnitudada zəlzələ baş verib

Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata görə, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Nəşr edilib : 07.08.2024 08:56