AZ EN RU

Türkiyə XİN başçısı: PKK-nın ələ keçirdiyi təbii sərvətlər Suriya xalqına qaytarılmalıdır

Türkiyə PKK və YPG ilə mübarizəni davam etdirməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

H.Fidan bildirib ki, sözügedən terror təşkilatlarının nəzarətində olan neftlə zəngin ərazilər və enerji mənbələri Suriya xalqına geri qaytarılmalıdır: “Türkiyə bunun üçün çalışır”.

“PKK İraq üçün təhdid yaradır. Bu, artıq nəinki bizim, həm də İraqın milli təhlükəsizlik problemidir”, - o, əlavə edib.

Nəşr edilib : 24.07.2024 17:37