AZ EN RU

Türkiyə və Özbəkistan liderləri TDT daxilində əməkdaşlığı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Ərdoğan həmkarını doğum günü münasibətilə təbrik edib.

Liderlər həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığı müzakirə ediblər.

Onlar ikitərəfli və regional münasibətlər barədə də danışıblar.

Nəşr edilib : 24.07.2024 14:11