AZ EN RU

Türkiyə terrorla mübarizədə İraqla uzunmüddətli əməkdaşlığa sadiq olduğunu bəyan edib

Türkiyənin Milli Müdafiə Nazirliyi son bir həftə ərzində bölgədə həyata keçirilən əməliyyatlarda 72 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk Ankarada keçirdiyi brifinqdə bildirib ki, ilin əvvəlindən Türkiyə hərbçiləri 1427 yaraqlını zərərsizləşdirib, onlardan 681-i İraqda, 746-sı isə Suriyada gedən döyüşlərdə öldürülüb.

Aktürk bildirib ki, terrorla mübarizədə həm İraqın mərkəzi orqanları, həm də Ərbildə yerləşən regional administrasiya ilə uzunmüddətli əməkdaşlıq üzrə danışıqlar davam edir.

“Ankara terror təhlükəsini tamamilə aradan qaldırmaq üçün İraq tərəfi ilə uzunmüddətli əməkdaşlığa sadiqdir. Bu, təhlükəsizliyin və sabitliyin əsasını təşkil edəcək”, -deyə Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı zonasında terrorçuların silah və sursat anbarlarının, eləcə də yaraqlıların gizlənə biləcəyi mağaraların olması üçün ərazinin təmizlənməsi prosesi davam edir.

Türkiyə Müdafiə Nazirliyi iki terrorçunun İraqla sərhəd yaxınlığında türk hərbçilərinə könüllü təslim olduğunu da qeyd edib.

Nəşr edilib : 18.07.2024 15:25