AZ EN RU

Türkiyə səfirliyi Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik", - məlumatda qeyd edilib.

Nəşr edilib : 30.07.2024 15:04