AZ EN RU

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırılıb

Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Türkiyə səfirinin müavininə İsrail tərəfinin etirazı çatdırılıb.

Nəşr edilib : 02.08.2024 15:05