AZ EN RU

Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb

Türkiyənin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə "Der Spiegel" jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfir Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə çağırılıb.

Nəşr edilib : 04.07.2024 14:47