AZ EN RU

Türkiyə mətbuatı Paris Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalı xəbərini geniş işıqlandırıb

Türkiyə mətbuatı “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında cüdoçumuz Hidayət Heydərovun Azərbaycana ilk qızıl medalı qazandırması ilə bağlı xəbəri geniş işıqlandırıb.

“HaberTürk”, “Haber Global” və “NTV Spor” kimi tanınmış televiziya telekanalları izləyicilərinə Hidayət Heydərovun qələbəsi ilə bağlı ətraflı məlumat verib. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuzun finalda fransalı Con Benjamin Qabanı məğlub etdiyi qeyd olunub.

Azərbaycanın “Paris-2024”dəki ilk böyük uğuru, həmçinin Türkiyənin bir çox agentliyi, qəzeti və xəbər portalı tərəfindən idmansevərlərə çatdırılıb.

Nəşr edilib : 30.07.2024 09:00