AZ EN RU

Türkiyə hökuməti instaqrama girişin bağlanmasını ikili standart kimi qiymətləndirib - YENİLƏNİB

Türkiyə hökuməti instaqram sosial şəbəkəsinə girişin bağlanmasına münasibət bildirib.

Bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Ömer Fatih Sayan “X”də yazıb.

O bildirib ki, Qərb ölkələri müzakirə mövzusu olanda bir çox məsələlərdə dərhal tədbir görülür: “Biz də eyni reaksiyanı tələb edirik. Bu platformaların qaydalarına əməl edən ölkələrə təklif etdikləri təhlükəsiz, təmiz və ədalətli mexanizmin Türkiyə üçün də keçərli olmasını istəyirik. Təsisçilərin tətbiq etdikləri ikili standart bütün dünya üçün ortaq problemdir”.

Nazir müavini bildirib ki, Türkiyə dəyərlərinə hörmət edən, dezinformasiyasız, daha təmiz və təhlükəsiz sosial media yaradılması istiqamətində zəruri addımlar atacaq.

10:40

Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Bilgi Texnologiyaları Qurumunun (BTG) tələbə ilə şəbəkəyə giriş məhdudlaşdırılıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: “İnstaqramın insanların başsağlıqlarını məhdudlaşdırmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.

Nəşr edilib : 02.08.2024 17:00