AZ EN RU

Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb

Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.

“Şərq qapısı” “CNN Türk”ə istinadən xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.

Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instaqram"ın qadağa qoyması göstərilir.

Nəşr edilib : 05.08.2024 11:39