AZ EN RU

“Türk Hava Yolları” İrana uçuşları təxirə salıb

“Türk Hava Yolları” (THY) aviaşirkəti İrana bu gecə planlaşdırdığı bütün uçuşları təxirə salıb.

Bu barədə aviaşirkətdən açıqlama verilib.

Şirkət səfərlərin İsrail ilə İran arasındakı gərginlik səbəbindən müvəqqəti dayandırıldığını bildirib. THY tərəfindən İranın müxtəlif şəhərlərinə nəzərdə tutulan uçuşların avqustun 3-ü səhər saatlarından etibarən həyata keçirilməsi gözlənilir.

Nəşr edilib : 03.08.2024 00:37