AZ EN RU

Trampı güllələyən şəxsin şəxsiyyəti müəyyən edilib

Federal Təhqiqatlar Bürosu (FBİ) ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyini müəyyən edə bilib.

Bu barədə "Reuters" məlumat yayıb.  

Məlumata görə, həmin şəxs 20 yaşlı Tomas Metyu Kruksdur. 

Qeyd edilib ki, FBİ Kruksun sui-qəsd cəhdində əli olduğunu hesab edir. O, Pensilvaniya ştatının Bethel Park şəhərindəndir və seçki siyahılarına görə respublikaçı kimi qeydə alınıb.

Nəşr edilib : 14.07.2024 11:52