AZ EN RU

Təhsil naziri Ordubad rayonunda vətəndaş qəbulu keçirib

İyulun 31-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib.
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Ordubad Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Nəşr edilib : 31.07.2024 20:38