AZ EN RU

TDT-nin Baş katibi: Bakıda keçiriləcək COP29 sammiti perspektivli imkanlar təqdim edir

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) perspektivli imkanlar təqdim edir.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev “The Astana Times” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ətraf mühitin davamlılığı və dayanıqlılığı təşkilatın gündəmində duran əsas məsələlərdəndir.

Nəşr edilib : 02.08.2024 10:20