AZ EN RU

TDT baş katibi Qırğızıstanın baş prokuroru ilə üzv ölkələr arasında əməkdaşlığı müzakirə edib

Türk Dövlətləri Təşklilatının (TDT) baş katibi Kubanıçbek Ömuraliyev Bişkekdə TDT-yə üzv dövlətlərin baş prokurorlarının üçüncü toplantısı çərçivəsində Qırğızıstanın baş prokuroru Maksat Asanalaliev ilə görüşüb.

Bu barədə qurum məlumat yayıb.

Qeyd olunub ki, tərəflər TDT-yə üzv ölkələrin baş prokurorluqları arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.

Nəşr edilib : 25.07.2024 10:24