AZ EN RU

Şuşa Forumunda dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmağın yolları müzakirə edilir

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” adlı ikinci panel sessiya keçirilir.

Sessiyada dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, dezinformasiyanın yayılmasının müxtəlif media platformaları və növlərindən asılılığı, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha fəal rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Nəşr edilib : 21.07.2024 14:53