AZ EN RU

Şimali Kiprin XİN başçısı azərbaycanlı şəhid övladlarını qəbul edib

Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu bu gün azərbaycanlı şəhid övladlarını qəbul edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

O, görüş zamanı bildirib ki, Türk dünyası böyük bir ailədir.

"Bu ailə üzvləri uzun illər bir-birindən ayrı qalmalı oldu. Amma indi addım-addım yenidən birləşirik", - nazir vurğulayıb.

Nəşr edilib : 25.07.2024 17:40