AZ EN RU

Şərur rayonunun Maxta və Yuxarı Daşarx kəndlərində yanğınlar olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot tayasında, Yuxarı Daşarx kəndində isə quru otluq sahəsində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1500 kvadratmetr quru otluq sahə, 3600 kiloqram ot bağlaması yanıb, 1500 kvadratmetr sahə və 7200 kiloqram ot bağlaması yanğından mühafizə olunub.
Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Nəşr edilib : 07.08.2024 20:35