AZ EN RU

Şərur rayonunun Aralıq kəndi ərazisində yeraltı su ehtiyatlarının öyrənilməsi üçün kəşfiyyat-tədqiqat işləri yekunlaşıb

2024-cü ilin aprel ayının 18-də Naxçıvan Muxtar Respublikası ərazisində hidrogeoloji işlərin aparılması, yeraltı suların dayanıqlığını, kimyəvi tərkibini, ekoloji vəziyyətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Qalf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi arasında memorandum imzalanıb. İmzalanan memoranduma əsasən Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-tədqiqat işlərinə başlanılıb. 60 gün müddətində davam edən proses artıq yekunlaşıb. 

Şirkət tərəfindən həyata keçirilən kəşfiyyat-tədqiqat işləri zamanı Şərur rayonunun Aralıq kəndi ərazisində yeraltı su ehtiyatlarının öyrənilməsi  üçün müasir cihazlarla lazımi ölçü işləri aparılıb və fond materialları toplanıb. Görülən işlərin nəticəsi kimi məlum olub ki, yataqda olan su ehtiyatlarının miqdarı və dinamikası  müsbətdir. Buna əsaslanaraq yataq üzərindən Naxçıvan şəhərinin və bir neçə rayonların yaşayış məntəqələrinin içməli su  layihələrini həyata keçirmək olar.

Nəşr edilib : 20.07.2024 10:27