AZ EN RU

Şərur rayonunda bədbəxt hadisə baş verib, 7 yaşlı uşaq hovuzda boğulub

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Aşağı Yaycı kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev ibrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.07.2024 17:36