AZ EN RU

"Şərq qapısı" qəzetinin kollektivi Prezidentə məktub ünvanlayıb

Məktubda deyilir:

Hörmətli cənab Prezident.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışınızı Naxçıvanda qürurla izlədik.

Bu Forum dövlətimizin imici üçün olduqca əhəmiyyətli tədbir idi. Forumda 50-dən artıq ölkədən jurnalistlərin olması, xüsusilə də tədbirin Qarabağda keçirilməsi təqdirəlayiq haldır.

Xoşbəxt jurnalistlər kimi minnətdarıq ki, bizi həm də dünyanın informasiya məkanında qürurlandırırsınız.

Sizinlə fəxr edir, Sizi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

“Şərq qapısı” qəzetinin kollektivi.

Azərbaycan Respublikası, Naxçıvan şəhəri.

Ünvanlanan məktub ölkə başçısı İlham Əliyevin rəsmi saytında "Prezidentə yazırlar" bölməsinə yerləşdirilib.

Nəşr edilib : 24.07.2024 09:38