AZ EN RU

“Şərq qapısı” qəzeti ilə bağlı Fərman imzalanıb

“Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1137-VIQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 3 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2024-cü il 10 iyul tarixində Fərman imzalayıb.

Müvafiq fərmanla qəzetin təsisçisinin səlahiyyətləri ilə bağlı müddəalar, həmçinin qəzetin maliyyələşməsi ilə əlaqədar məsələlər yenidən tənzimlənmişdir.

Nəşr edilib : 10.07.2024 18:41