AZ EN RU

"Şərq qapısı" qəzeti “E-köşk” platformasında

"Şərq qapısı" qəzeti Medianın İnkişafı Agentliyi tərəfindən yaradılan “E-köşk” qəzet və jurnalların elektron yayım platformasında da öz yerini aldı.

“E-Köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradır. “E-Köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilirlər.

https://e-kiosk.az/

Nəşr edilib : 09.07.2024 18:33