AZ EN RU

“Şərq qapısı” müsabiqədə göstərdiyi yüksək nəticəyə görə “Green certificate” ilə təltif olunub

Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti əhəmiyyətli rola malikdir. Bu münasibətlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan olunmuşdu.
 Bu gün Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən milli mətbuatımızın 149 illiyinə həsr olunmuş tədbirdə qaliblər elan olunub. 
Qaliblər sırasında Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin serqqapisi.gov.az saytı da yer alıb. Belə ki, müsabiqədə göstərdiyi yüksək nəticəyə görə “Şərq qapısı” “Green certificate” ilə təltif olunub.

Nəşr edilib : 19.07.2024 15:34